Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb.
Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.
Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub. \”Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir\”, – deputat bildirib.
T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək. ( report.az )
İnterpress.az