Bu barədə layihəyə yaxın mənbədən məlumat verilib.
Mənbənin sözlərinə görə, bələdiyyə duracaqlarında layihənin reallaşdırılması üzrə artıq razılıq əldə olunub. Həmçinin, özəl duracaqlarda da bu yeni ödəniş metodundan istifadə edilməsi üçün danışıqlar aparılır.
Ödəniş duracaqlarda, Bakı Metropolitenində və Azərpoçt məntəqələrində satılacaq xüsusi stikerlər vasitəsilə həyata keçiriləcək: \”Stikerin dəyəri – 0,5 manat olacaq. Lakin ilkin sınaq dövründə onlar pulsuz paylanılacaq. Stikerin balansını mobil telefondakı elektron balans hesabına artırmaq mümkün olacaq\”.(Milli)
İnterpress.az