“Koroğlu” metrostansiyasında sərnişin sıxlığının səbəbi açıqlandıbackend

“Koroğlu” metrostansiyasında sərnişin sıxlığının səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsim Paşayev Trend-ə açıqlamasında bildirib ki, adı çəkilən metro stansiyasının girişində yaranan sıxlığa səbəb stansiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədardır.

N.Paşayev qeyd edib ki, həftənin ilk iş günü olduğundan həmin istiqamətdə pik saatlarda sərnişinlərin sayı çox olur: \”Təhlükəsizlik tədbirləri gücləndirildiyindən sərnişinlər ciddi yoxlanılır və bu da qismən sıxlığa səbəb olub\”.

Qurum rəsmisi deyib ki, hazırda stansiyada vəziyyət normaldır.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun \”Koroğlu\” stansiyasının girişində sıxlıq yaranıb.

İnterpress.az