Bütün Azərbaycanın qüruruna çevrilən şəhidimiz Vaqif Bayramov doğulduğu torpaqda son mənzilə yola salınacaq. Vaqif Bayramov Talış kəndi uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Bir neçə uğurlu əməliyyatla düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman zabitimiz son döyüşdə də şəxsi igidilik göstərib. O, döyüş meydanında qalan yaralı yoldaşlarını mövqelərimizə çatdırdıqdan sonra, geriyə yox, irəli gedib və təəssüf ki, düşmənin gülləsinə tuş gəlib. Xatırladaq ki, Vaqif Bayramovun qardaşı Mehman Bayramov da 1992-ci il iyul ayının 1-i Qarabağ uğrundakı döyüşlərdə şəhid olub. Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin! (Cebhe.info)
İnterpress.az