Ağstafada baş verən yol-nəqliyyat qəzasında ölən və yaralıların kimlikləri məlum olub.
“Ford” markalı avtomobillə “Opel”in toqquşması nəticəsində “Opel”in sürücüsü Göygöl rayon sakini, 1979-cu il təvəllüdlü Əliyev Ceyhun Əhəd oğlu ağır bədən xəsarət alıb.
O xəstəxanaya aparılanda yolda dünyasını dəyişib. “Ford” da olan 1970-ci il təvəllüldlü İmanquliyev Mahir, onun qızları 1992-ci il təvəllüdlü Maqiyə və 1994-cü il təvəllüdlü Raziyə həmçinin digər sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Asim Məmmədov, 1981-ci il təvəllüdlü Elsevər Kazımov və 1980-ci il təvəllüdlü Asif Fərəcov müxtəlif bədən xəsarəti ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, qəza bu axşam Bakı-Qazax magistral yolunda, Ağstafa rayonun Qırlı kəndi ərazisində baş verib.
***
Hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində qeydə alınlb.
İlkin məlumata əsasən, \”Ford\” markalı mikroavtobusla \”Opel\” markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az