Bu qənaətə Duka Universitetinin mikrobioloqları apardıqları geniş araşdırmadan sonra gəlib. Qeyd edək ki, bundan əvvəl bir mikroorqanzimdən digərinə gen transferi superinfeksiyaların yayılmasının əsas səbəbi hesab olunurdu. Mütəxəssislərin yeni araşdırması isə tamamilə fərqli nəticə ortaya qoyub.
Araşdırma “Nature Microbiology” jurnalında dərc olunub.
Mütəxəssislər bildirir ki, mikroorqanizmlər bir-biri ilə gen dəyişikliyini həyata keçirə bilərlər. Onlara qarşı istifadə olunan dərmanlar mikrobların böyük hissəsini məhv edir. Ancaq mütəxəssislərin qənaətinə görə, antibiotiklərin istifadəsi və orqanizmdə yayılması zamanı genetik dəyişikliyin sürəti də arta bilər. Bunu indiyə qədər yoxlamaq mümkün olmayib. Bakteriyaların yayılması ehtimalı buna mane olub.
Mikrobioloqlar 9 potogen mikroorqanizm tipini və onlara qarşı 10 dərman vasitəsinin təsirini yoxlayıb. Məlum olub ki, antibiotiklərin konsentrasiyası zamanı dəyişiklik sürəti nəinki artır, bəzi hallarda əksinə düşür.
Bunu isə mütəxəssislər onunla izah edirlər ki, məsələn, tetraskilin kimi dərman preparatları müqaviməti artıran genləri aktivləşdirdiyi halda, antibiotiklər qlobal dəyişikliklərə səbəb olmur. Bu isə ölümcül superbakteriyaların yayılmasını sürətləndirir. (cebhe.info)
İnterpress.az