“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi…”backend

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

016-cı il aprelin 9-da “Yeni Müsavat” qəzetində “Fəlsəfə və Hüquq İnstitutundakı dava haqda şok açıqlama” başlıqlı yazı dərc edilib. Yazıda insidentdə adı hallanan, İnstitutun Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri Şöbəsinin müdiri Sakit Hüseynov açıqlama verərək, adı çəkilən institutun aparıcı elmi işçisi, hüquqşünas-alim Xaliq Əhmədzadənin keçmişinin qaranlıq olduğunu, üzərində saxta sənəd gəzdirdiyini bildirib. Qarşı tərəf –Xaliq Əhmədzadə redaksiyamıza gələrək Sakit Hüseynovun onun haqındakı ittihamlarını cavablandırdı. Onunla birgə institutun Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Radif Mustafayev və AMEA-nın Əli adlı digər əməkdaşı da redaksiyada oldular. Yazı, qarşı tərəfin də əlavələri ilə böyük alınıb, Sakit Hüseynova ağır ittihamlar səsləndirilib. Bu səbəbdən, redaksiya bildirir ki, hörmətli Sakit Hüseynovun daha bir daha mövqe bildirməsi haqqı yaranır.

Xaliq Əhmədzadə Sakit Hüseynovun onun haqqında dediklərinin əvvəldən sonadək iftira, böhtan və şantaj olduğunu söylədi: “Özünü Dinşünaslıq və Mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri kimi qələmə verən Sakit Hüseynovun barəmdə dedikləri onun öz iyrənc əməllərini gizlətmək üçün düşünülmüş bir şantajdır. Bildirim ki, bu şəxs hazırda qanunla heç bir şöbənin müdiri deyil. Şöbə müdiri vəzifələrini icra edən isə fəlsəfə elmləri doktoru Aydın Əlizadədir. Sakit Hüseynov “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə mənim ünvanıma xüsusilə ağır ittihamlar səsləndirmiş, keçmişimin qaranlıq olduğunu, barəmdə iki dəfə məhkumluq olduğunu bildirib. Bundan başqa o, mənim şəxsiyyət vəsiqəmin saxta olduğunu deyib. Guya hüquqşünas dostları araşdırıb ki, mənim diplomlarımda saxtakarlıq var, şəxsiyyət vəsiqəmdə guya Babək rayonu sözü yazılmayıb, guya boyumu özü ölçüb, görüb 170 sm deyil. Bu şəxsin iddiasına görə, guya mən Fəlsəfə və Hüquq İnstitutunda çox böyük xof və xəfiyyə sistemi yaratmışam və hamı məndən çəkinir. Mən özünə hörmət edən, məsuliyyətli şəxs və bir hüquqşünas kimi anadan olduğum gündən bu günədək heç vaxt saxta sənədlərdən istifadə etməmişəm.

Bu sənədləri gəzdirən və verən dövlət müəssisələri və təşkilatları AR cinayət məcəlləsinin 320-ci maddəsinin tam tərkibini yaradır və cinayət məsuliyyəti daşıyır. Mənim AZE № 14423701 seriyalı şəxsiyyət vəsiqəmi birbaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi ilə 21 mart 2015-ci il tarixdə bayram günü olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Babək rayon Polis şöbəsi tərəfindən verilib. Bildirirəm ki, Naxçıvan MR-nın DİN-in əməkdaşları bayram günlərində də işləyir. Azərbaycan Respublikasının istənilən vətəndaşı hər hansı bölgədən şəxsiyyət vəsiqəsi alarkən onun tərcümeyi-halı və göstəriciləri AR DİN-nin mərkəzi serveri vasitəsilə yoxlanılır və şəxsiyyət vəsiqəsi düzgünlüyü onlar tərəfindən təsdiq edildikdən sonra verilir. Sakit Hüseynovun iddia etdiyi faktlardan biri əgər düz olsa, mənə saxta şəxsiyyət vəsiqəsi verən AR DİN-i, Hüquq fakültəsini bakalavr dərəcəsi ilə yox, tam ali təhsillə fərqlənmə diplomu ilə bitirdiyim AR prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorluğu, birinci ali təhsili fərqlənmə diplomu ilə bitirdiyim Azərbaycan İnşaat Mühəndisləri Universitetinin rektorluğu, mənə alimlik dərəcəsi verən AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri və məni indiyə kimi işə götürən dövlət qurumlarının hamısı cinayət məsuliyyəti daşıyır. Mən 1988-1990-cı illərdə riyaziyyat fənni üzrə keçirilən beynəlxalq olimpiyada da iki dəfə birinci yeri tutmuşam. Naxçıvan MR-də orta məktəbi qızıl medalla bitirmişəm. 1990-cı ildə riyaziyyat fənnindən 1 imtahan verərək Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, 1995-ci ildə isə adlı təqaüdlə həmin universiteti bitirmişəm. 1995-1998-ci illərdə əyani aspiranturada oxumuşam. 1999-cu ildə isə namizədlik dissertasiyasını müdafiə etmişəm. 2000-ci ildə mən Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinin birbaşa ikinci kursuna daxil olmuş, 2003-cü ildə isə buranı fərqlənmə diplomu ilə bitirmişəm.

Sakit Hüseynov iddia edir ki, mən 2006-2007-ci illərdə məhkəmə məsuliyyətinə cəlb olunmuşam. Bu tam iftira və şantajdır. Sizə 28 aprel 2006-cı il tarixli İş №1MK-3578/2006 saylı Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının Bakı şəhərindəki qərarını göstərdim. Orada mənim şəxsiyyətim, sənədlərim barəsində hər hansı şübhə və ya saxtakarlıq halları aşkar edilmədiyi rəsmi qeyd edilib. Bundan başqa 8 may 2006-cı ildə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 6K-1361/06 saylı işindən görünür ki, bir daha mənim şəxsiyyətim, diplomlarım, şəxsiyyət vəsiqəm haqqında heç bir qaranlıq, şübhəli məqamlar yoxdur, tam şəffafdır. Həmçinin, mənim məhkum olunmağım haqqında da bu günə kimi heç bir hökm, qətnamə və qərardad yoxdur. Bu həm də AR CPM-nın 142-ci maddəsinin tələblərinə əsasən preyudisiyadır, yəni gələcəkdə bütün istintaq, təhqiqat, məhkəmə və digər rəsmi dövlət orqanları üçün imperativdir, yəni məcburidir. Həmin qərarlardan, bütün diplomlarımdan, şəxsiyyət vəsiqəmdən, Vergilər Nazirliyinin nümunəvi vergi ödəyicisi olmağımla bağlı 04.04.2016-cı il tarixli №1618020023057900 saylı məktubunun surətindən, AR Mərkəzi Bankının 31.03.2016-cı il №16-00119-2016 saylı məktubundan görünür ki, mən heç vaxt heç bir bankdan bu günə kimi kredit götürməmişəm və əksinə, adıma böyük depozit hesabı var. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin 31 mart 2016-cı il tarixli 17/10-5145 saylı rəsmi arayışında da qeyd edilir ki, Pentensiar Xidmətin Mərkəzi Serverində 26.07.1974-cü il təvəllüdlü Naxçıvan MR sakini Əhmədzadə Xaliq Mehman oğlu AR ərazisində yerləşən islah-əmək müəssisələrinin heç birində cəza çəkməmiş və bu şəxslə bağlı heç bir məhkəmə hökmü, şərti cəza, islah işləri və cərimə qərarları yoxdur. Əgər Sakit Hüseynov və onun dostlarında mənim barəmdə hansısa bir hökm, ən azı bir cərimə qərarı varsa, xahiş edirəm onu kütləvi informasiya vasitələrinə versinlər. Xahiş edirəm Sakit Hüseynov mənimlə bağlı olan bütün saxta sənədləri sandıq ədəbiyyatı etməsin və hüquq- mühafizə orqanlarına təqdim etsin.

Mən Azərbaycan hüquq-mühafizə orqanlarının bütün rəhbərlərinin dürüstlüyünə, şəffaflığına inanıram. Sakit Hüseynov mənim barəmdə məqsədli şəkildə qarayaxma kampaniyası aparır. 07.04.2016-cı ildə Sakit Hüseynov mənim istifadəmdə olan otağımın qarşısında bildirdi ki, guya mənim barəmdə onda 4 şəxsiyyət vəsiqəsi var. Həmin vaxt mənim yanımda Fəlsəfə İnstitutunun əməkdaşları, Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Radif Mustafayev, köməkçim Elza Tağıyeva və bizim institutun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin əməkdaşı Aytəkin Zeynalova vardı. Digər əməkdaşlar da görüb ki, mən ona hər hansı formada acı söz deməmişəm. Sakit Hüseynov iddia edir ki, mən böyük vəzifəli insanların adından istifadə edirəm. Səmimi şəkildə deyim ki, bu günədək heç bir məmurdan nəsə xahiş etməmişəm və heç bir məmurun adamı deyiləm. Əksinə, mən misginin, fəqirin və yetimin adamıyam. Mətbuatda bundan əvvəl yayımlanan məqalələrdə də mənim işdə guya xəfiyyə sistemi yaratdığımı, insanların məndən qorxduğu barədə qanunsuz fikirlər səsləndirilib. Bunların hamısı yalandır”.

Xaliq Əhmədzadə əsl saxtakar və rüşvətxorun Sakit Hüseynovun özü olduğunu bildirdi: “Sakit Hüseynov Elmlər Akademiyasında ilk üçlüyə daxil olan rüşvətxor və korrupsioner alimlərdəndir. Mənim əlimdə bunu sübut edəcək kifayət qədər təkzib olunmaz mötəbər sübutlar var. Onun özünün şəxsi işinin içərisində bir-birini təkzib edən 3 şəxsiyyət vəsiqəsi var. Sakit Hüseynov 2001-ci ildən 2005-ci ilə qədər AZ № 945352 seriyalı forma 9-la gəzib. 2005-ci ildə ona Xətai Rayon Polis İdarəsi tərəfindən AZE № 02333692 seriyalı şəxsiyyət vəsiqəsi verilib. Digər şəxsiyyət vəsiqəsi isə ona 2013-cü ildə AZE № 13910596 verilib. Sakit Hüseynov 1966-1970-ci illərdə dörd il Azərbaycan Dövlət Pedaqoji İnstitutunda natamam ali təhsil alıb və ixtisasca tarixçidir, diplomunun nömrəsi П № 730486. O şəxsi qeydiyyat vərəqəsində özünü ehtiyatda olan kapitan kimi yazsa da, şəxsiyyət vəsiqəsində və hərbi biletində bu rütbə yoxdur”.

Xaliq Əhmədzadə Sakit Hüseynovun mətbuatdakı açıqlamalarının əsl səbəbini onun rüşvətxor və korrupsiya əməllərini ört-basdır etmək məqsədilə düşünülmüş planın tərkib hissəsi olduğunu deyir. X.Əhmədzadənin iddiasına görə, əlində S.Hüseynovun İrandan gələn aspirantlar, elmi işçilərlə apardığı pul danışıqları, onlardan aldığı pullar, yol verdiyi korrupsiya faktları, maliyyə sənədləri haqqında məlumatlar var: “Sakit Hüseynov ya sübut etməlidir ki, mənim sənədlərim saxtadır, ya da KİV-də məndən rəsmi üzrxahlıq etməlidir. Əks təqdirdə o, mənim barəmdə KİV-də şərəf və ləyaqətimi alçaltdığı, iftira atdığı, məni ağır cinayətlərdə ittiham etdiyi üçün AR CM-nın 296.2-ci maddəsinin (bilə-bilə yalan xəbərçilik etmə və saxta ittiham sübutlarının yaradılması ilə bağlı) və xüsusi ittiham qaydasında AR CM-nın 147.2 (şəxsi ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsinə (təhqir) uyğun olaraq cinayət məsuliyyətinə cəlb ediləcək.

Sakit Hüseynov 2014-cü ilin fevralında mənim köməkçilərim olan Elza xanımın, Aytəkin xanımın və Sveta xanımın yanında məndən şəxsi ehtiyacları üçün 3500 ABŞ dolları pul alıb və hələ də qaytarmayıb. Onun arxasında duran havadarı – Fəlsəfə və Hüquq İnstitutunun qanuni səlahiyyət müddəti çoxdan bitmiş direktor müavini Bəhram Zahidovdur. Bəhram Zahidov insanlara etdiyi pisliklərə görə öz uşaqlarının soyadını belə dəyişib Həsənzadə edib ki, gələcəkdə onun səbəbkarı olduğu pis əməllərə və fitnə-fəsadlara görə övladlarını incitməsinlər. Bəhram Zahidov 1990-1995-ci illərdə Azərbaycan parlamentinin üzvü olduğu zaman Azərbaycan Dövlət Müstəqilliyi aktının əleyhinə səs verib. Hal-hazırda onun institutda və vaxtilə orqanda işlədiyi zaman törətdiyi pis əməllər, qarşıdurma, yalan şayiələr üzrə peşəkar mütəxəssis olduğunu bilməyən yoxdur. KİV-də Fəlsəfə və Hüquq İnstitutu ilə bağlı gedən bütün qərəzli və şantaj dolu materialların bilavasitə memarı və sifarişçisi Bəhram Zahidovdur.

Sakit Hüseynov “Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsində tolerantlıq və multkultural dəyərlərin sosial fəlsəfi cəhətdən araşdırılması” mövzusunda layihə rəhbəri olub. Layihənin kodu EİF-2014-9(24)-KETPL-14/14/5-M-14. Bu layihəyə AR-nın Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 120 min manat pul ayrılıb. Layihə 4 ay yerinə yetirildikdən sonra burada Sakit Hüseynov tərəfindən ciddi korrupsiya və mənimsəmə faktlarının olması tam üzə çıxıb. Korrupsiya faktları üzrə bütün maliyyə sənədləri, ikili mühasibatlıq və 6 nəfərin öz imzası ilə təsdiq etdiyi ərizələri və digər iş üçün vacib sənədlər rəhbərlikdədir. Həmin sənədlər aidiyyəti üzrə AR-ı Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndəriləcək.

Sonda bütün KİV-in rəhbərlərinə səmimi bildirirəm ki, mən AR-nın daxilində və xaricində heç bir cinayət hadisəsi törətməmişəm. Heç vaxt Azaryan Yakob Aleksandroviç və ya Azaryayev adlı vətəndaşı görməmişəm və döyməmişəm. Mənim haqqımda müxtəlif saytlarda vaxtilə gedən dezinformasiyalar 17.10.2015-ci ildə cənab prezidentin fərmanı ilə ləğv olunmuş MTN-in sabiq antiterror mərkəzinin rəis müavini, polkovnik, özünü Kürdəxanı tədricxanasında asan İlqar Əliyevin, hal-hazırda həbsdə olan sabiq antiterror mərkəzinin rəisi general Elçin Quliyevin mənə qarşı çirkli planlarının tərkib hissəsi idi. Onların muzdlu, reket jurnalistləri vasitəsilə bu məlumatlar məqsədli şəkildə yayılırdı. İlqar Əliyev mənim hal-hazırda işlədiyim instituta dəfələrlə gəlib, haqqımda qanuna zidd şəkildə məlumatlar yığırdı. MTN ləğv olunana qədər onlar mənim bütün telefon danışıqlarıma qulaq asıblar. Ona görə ki, mənim övladlarımın sürücüsü Bağıyev Natiq Əli oğlunun idarə etdiyi 1996-cı il buraxılışlı “Mercedes 230” markalı maşın İlqar Əliyevin idarə etdiyi “Nissan Maksima” markalı maşınla toqquşub. Günah isə işıqforun qırmızı işığında keçən İlqar Əliyevin özündə olub. O, ay yarımlıq təzə maşının əzilməsinə görə məndən və sürücüdən 230 min ABŞ dolları məbləğində olan “Porshe” markalı “Ceep” avtomobili istəyirdi. Mən isə ona bu avtomobili almaqdan qəti imtina etdim. Onun və rəisi Elçin Quliyevin məni və sürücümü şantaj edib külli miqdarda pul istəməsi ilə bağlı çox yüksək instansiyalara rəsmi müraciət etmişəm. Bu müraciətimdən sonra məni sabiq MTN naziri Eldar Mahmudov qəbul etdi. Ona bildirdim ki, sizi Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsində əməliyyat müvəkkili işləyəndən tanıyıram. Mənim sizin işçilərə nəinki 230 min ABŞ dolları, heç 230 manatda vermək fikrim yoxdur. Günah avtoqəza zamanı İlqar Əliyevin özündə olub. Çünki o, işıqforun qırmızı işığından yüksək sürətlə keçib. Sizin vasitənizlə KİV-lərdən xahiş edirəm ki, “qapı”, “krılo” və “krel” işi ilə bağlı materialların bütün səhifələri mətbuatda yayılsın”.

Söhbətə qatılan Radif Mustafayev da Sakit Hüseynovun əməllərinin düzgün olmadığını bildirdi: “Sağlamlığı ilə əlaqədar Həsən müəllim işə çıxa bilmədi və bizim şöbəmizə Sakit Hüseynov təyin edildi. Mən sənədləri bilən adam kimi ona kömək etməyi özümə borc bildim. Bir müddətdən sonra məlum oldu ki, bu elm adamı deyil və öz şəxsi mənfəətini güdür. Onun dinşünaslıqdan anlayışı yoxdur, çünki bu sahə üzrə mütəxəssis deyil. Onun çirkli əməllərindən uzaq olmaq üçün, ona kömək etməkdən imtina etdim. Amma onun şöbədəki qanunsuz fəaliyyətini həmişə ifşa etmişəm. Sonralar məlum oldu ki, S.Hüseynov rəhbərlik etdiyi layihədə 4 ay müddətində direktor başda olmaqla layihə iştirakçılarından hər birini məharətlə aldadıb, mənimsəmələrə yol verib. Ona dəfələrlə bu barədə xəbərdarlıq edildiyinin canlı şahidiyəm. Son iclasların birində mən onun əməllərinin cinayət olduğunu üzünə demişəm”.

Radif Mustafayev onu da bildirdi ki, 11.04.2016-cı il tarixdə AR Prezidenti yanında Elmin İnkişaf Fondunun sədri Elçin Babayevin dəvəti ilə sözügedən layihənin iştirakçıları onun yanında olub və bir daha rəsmi şəkildə f.e.d. Aydın Əlizadə Sakit Hüseynovun üzünə layihədəki korrupsiya və mənimsəmə faktlarını açıq şəkildə bildirib: “Cənab Elçin Babayev də bildirmişdi ki, layihədəki korrupsiya və mənimsəmə faktları ilə bağlı işi aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək”. (musavat)

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

“Həbsdə özünü asan polkovnik İlqar Əliyev məndən 230 min dolar istədi...”

İnterpress.az