İnterpress.az xəbər verir ki, bu barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. O qeyd edib ki, qanun layihəsinin qəbuluna obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur.
\”Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Yaranmış vəziyyətlə biz qanun layihəsinin əleyhinə olan qurumlarla, xüsusilə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi ilə görüşlər keçirib narahat doğuran məsələləri birgə müzakirə etdik. Görüşün yekununda bizə bildirildi ki, məsələnin əsl mahiyyəti onlara tam izah olunmayıb. Ona görə də layihədə nəzərdə tutulan məsələlər heç də İslama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə qanun layihəsinə razılığını verib\”.
Ə.Əmiraslanov əlavə edib ki, Milli Məclisin sədri Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan, sənəd yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq.
Komitə sədri əsas problemin qanunda ekstrokorporal mayalanma ilə bağlı olduğunu deyib.
\”Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçirilir, Azərbaycanda yox. Odur ki, bu, nə İslam dini, nə də bizim milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edir. Niyə bu əməliyyat bizdə olmasın?!\”. (modern)
İnterpress.az