İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək. Görüşün Türkiyə vaxtı ilə saat 17:00-da baş tutacağı gözlənilir.
Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.
İnterpress.az