Məhsul satmaq istəyənlərin işi asanlaşacaqbackend

Məhsul satmaq istəyənlərin işi asanlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, yeni qurum yerlərdə əhalinin öz məhsullarını satmaqları üçün böyük imkan yaradacaq.

“Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək. Ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək, məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq”, – deyə xəbərdə qeyd olunur.

Yeni qurum sahibkarların bazara çıxışına xidmət edəcək. Nazirlikdən əlavə ediblər ki, nazirliyin digər təşkilatlarına da fermer təsərrüfatlarının inkişafı üçün tədbirlər görülməsi tapşırılıb.( virtualaz.org)

İnterpress.az