İnterpress.az xəbər verir ki, Ermənistanın “Aykakan Jamanak” qəzeti Rusiya baş nazirinin müavininin “Exo Moskvı” radiosuna son müsahibəsini şərh edərkən belə yazıb.
“Aykakan Jamanak” yazır: “Dünən “Exo Moskvı” radiosuna müsahibəsində Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiyanın Azərbaycana silah satışı və Ermənistanda bununla bağlı narazılıq barədə danışarkən xoşagəlməz ifadələrdən istifadə edib. “Mənim səfərimdən sonra orada qorxunc demaqogiya başladı… ad çəkmək istəmirəm, amma insanlar özlərini pis apardılar”, – Roqozin belə deyib”.
Söhbət Roqozinin ötən ay Bakıya səfərindən gedir ki. həmin səfərdə məqsəd iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirəsi olub. Jurnalistin müharibənin getdiyi və bununla bağlı hər şeyin aydın olduğu barədə replikasına Roqozin daha kobud cavab verib: “Müharibə silahlanma tələb edir, təşviqat xarakterli ağlamsınma yox”. (virtual.org)
İnterpress.az