Bunu dünyanın böyük alimlərindən biri olan Lütfi Zadənin elmi varisi, dünya çapında tanınan alim, professor Rafiq Əliyev bildirib. Onun sözlərinə görə Lütfi Zadə Rafiq Əliyevə yeni nəzəriyyə üzərində işləməyi təklif edib:
“Biz ötən il onunla “Zi ədədlər hesabı” adlı kitab yazdıq. Yarısını mən yazdım, yarısını o. Beş gün bundan qabaq mənə məktub yolladı. Həmin məktubda yeni düşüncə tərzi olacaq U ədədlər sistemi haqqında kitab yazmağı təklif etdi. Zi ədədlər hesabında ədədin həm özü, həm də onun dürüstlük dərəcəsi göstərilir. Amma Zadənin bu dəfə təklif etdiyi “U ədədlər hesabı” isə daha təkmil, daha qeyri-səlisdir. Burada ədədin həm özü, həm də adətən baş verəcək dürüstlük dərəcəsi əks olunacaq. Bütün bunlar onu göstərir ki, Zadə bu gün də iş başındadır, bu gün də yeni elmi ideyalar ətrfında düşünür. Bir ilə həmin kitabı bitirməyi düşünürük”.
Qeyd edək ki, Azərbaycan əsilli alim Lütfi Zadə dünyanın ən böyük elm xadimlərindən biri sayılır. 95 yaşlı alim ABŞ-ın Berkli universitetinin ömürlük professorudur. Onun elmi irsinin varisi isə Azərbaycan alimi professor Rafiq Əliyevdir. R.Əliyev həm də Beynəlxalq Lütfi Zadə Mərkəzinin rəhbəridir. (moderator.az)
İnterpress.az