ABŞ Dövlət Departamentindən HESABAT: “Erməni separatçılar…”backend

ABŞ Dövlət Departamentindən HESABAT: “Erməni separatçılar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Dövlət Departamentin saytına istinadən xəbər verir ki, sənəddə Azərbaycan hüquq və azadlıqlar məsələsində tənqid edilib.

Bununla yanaşı, Dağlıq Qarabağ və ona bitişik rayonlarda Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bildirilib.

Hesabatda vurğulanıb ki, separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ və digər 7 rayon üzərində nəzarəti davam etdirir.

“Azərbaycan-Ermənistan sərhədi boyunca təmas xəttində zorakılıq hallarının artması müşahidə olunub. Bütün il boyu aparılan hərbi əməliyyatlar zamanı dinc əhalin arasında qurbanların olması bunu təsdiqləyir”,-deyə bildirilib.

Qeyd edilib ki, Azərbaycanda qadınlara qarşı zorakılığın, insan alverinin artması ilə bağlı məlumatlar yayılıb. (modern.az)


İnterpress.az