Sumqayıtda azyaşlını ölümcül hala salan Türkiyə vətəndaşı barədə yeni XƏBƏRbackend

Sumqayıtda azyaşlını ölümcül hala salan Türkiyə vətəndaşı barədə yeni XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Apellyasiya Məhkəməsinin icraçı katibi Bəbir Əliyev deyib. O qeyd edib ki, dövlət tərəfindən Türkiyə vətəndaşına vəkil təyin edilməsinə zərərçəkmiş şəxsin ailəsi də razılıq verib.

“Arikan Mehmet məhkəmə prosesinə gəldi. Hər iki tərəf iştirak edirdi. Lakin Türkiyə vətəndaşı vəkil istədiyi üçün mayın 4-ə məhkəmə təxirə salındı və ona dövlət tərəfindən vəkil təyin olundu”
Keçən il mayın 21-də Türkiyə vətəndaşı Arikan Mehmet Sumqayıtda 10 yaşlı məktəblini şəxsi avtomabili ilə vuraraq ölümcül hala salıb. Zərərçəkmiş məktəbli Mərdan Mərdanovun valideynləri bildirir ki, Arikan Mehmet tərəfindən törədilən qəza uşağı elə hala salıb ki, o, normal yeriyə bilmir.

Mərdan Mərdanov 22 gün Sumqayıt Travmatologiya Xəstəxanasında yatıb. Sürücü məktəblinin müalicəsi üçün hətta Türkiyədə kömək göstərəcəyi barədə vədlər versə də, sonradan bu vədlərin arxasından çəkilib. Şikayətdə bildirilir ki, nə xəstəxanada olarkən, nə də sonra ailəyə yardım edilib.
Müstəntiqlə ekspert birgə videogörüntüyə baxaraq rəy veriblər ki, xarici vətəndaş bu məsələdə təqsirkardır. Buna əsasən İlqar Məmmədov Aslan oğlunun hakimliyi ilə onun məhkəməsi olub.

13 yanvar 2016-ci ildə keçirilən məhkəmədə hakimin qərarı ilə təqsirkar şəxs sürücülük hüququndan məhrum olunmaq və qazancından dövlətə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Qərar qəbul edildiyi gündən bu vaxta qədər isə zərərçəkən tərəfə heç bir vəsait ödənilməyib.
Nəticədə zərərçəkən tərəf Sumqayıt Məhkəməsindən apellyasiya şikayəti verib. Qəzada ayaq nahiyəsindən yaralanan Mərdan Mərdanov bu səbəbdən məktəbə gedə bilmir.(Modern.az)

İnterpress.az