Dünyanın gözü İstanbulda – İƏT Zirvəsi -Azərbaycana dəstək – CANLI YAYIMbackend

Dünyanın gözü İstanbulda – İƏT Zirvəsi -Azərbaycana dəstək – CANLI YAYIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya müsəlmanlarının problemlərinə toxunan Mədəni Azərbaycan və Dağlıq Qarabağ mövzusunda da danışıb. Azərbaycanın ərazi bötüvlüyünü dəstəklədiklərini deyən Mədəni, erməni qəsbkarlarının hücum və aqressiyalarını da pisləyib.

Zirvəni Türkiyə prezidenti Tayyib Ərdoğan aparır. Ərdoğan 13-cü İƏT Zirvə Topolantısının başqanı olaraq özü çıxışına başlayıb.

Hər kəsi salamlayan Ərdoğan deyib ki, mənim dinim nə sünmnidir, nə şiədir. Mən müsəlmanam. İsmal adına hər gün məzlumları öldürən, yağmalayan terror hörgütləri müsəlman ola bilməzlər! Onlar İslam adına hərəkət edəməz, müsləmanlara faydaklı olamaz. Biz İslam dövlətləri olaraq nə qədər bir birimizə düşəriksə, insanlarımız bir o qədər zərər çəkəcək. Hazırda qırılan, zərər görən, əziyyət çəkən hər yerdə müsəlmanlardır. Ona görə də biz yapıcı olmalıyq. Dostların sayını artırıb, düşmənlərin sayını azaltmalıyıq.

Terror və savaş hazırda İslamın ən böyük problemlərindən biridir. Əvvəl əl-Qaidə terror hörgütü, indi isə DAİŞ (İŞİD) , digər terror örgütləri çirkli, pis işləri görür. Və onların bütün fəaliyyətlərindən daha çox və əsasən müsəlmanlar əziyyət çəkirlər. Bizim də ölkəmizdə PKK kimi, digər isimlər altında terror örgütləri var. Onların bir çoxu da Avropada barınır. Onların da fəaliyyətləri müsəlmanlara və insanlığa qarşıdır.

Dünyanın gözü İstanbulda - İƏT Zirvəsi -Azərbaycana dəstək - CANLI YAYIM

Ərdoğan Avropanın ikili yaxlaşımlarından da şikayətçi oldu.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.(musavat.com)

İnterpress.az