Interpress.az-ın Ermənistanın news.am saytına istinadən verdiyi xəbərə görə, aprelin 14-də gecə saat 23:20-də düşmənin işğal altında saxladığı Xocavənd rayonunda əsgər Armen Qriqoryan ölümcül yaralanıb.
Erməni tərəfi hərbçinin Azərbaycan ordusunun açdığı atəşlə vurulduğunu iddia edib.
Bundan əvvəl isə Qarabağda düşmənin daha bir hərbçisinin məhv edildiyi haqda xəbər yayılıb. Məlumatda qeyd edildiyinə görə, 46 yaşlı Hamlet Ayvaz oğlu Adjoyan Talış kəndi istiqamətində gedən döyüşlərdə ölüb.
İnterpress.az