Adil Adilzadə Mingəçevirdə doğulub, cəbhədəki son silahlı qarşıdurmada qəhrəmancasına həlak olub. Cebhe.info xəbər verir ki, aprelin 11-də doğulduğu Mingəçevir şəhərində dəfn mərasimi keçirilən Adil Adilzadə Tərtər istiqamətində gedən döyüşlərdə 17 erməni hərbçisini məhv edib. O, hərbi xidmətdəki işinə yenicə başlamışdı. Aprelin 17-də doğum gününü qeyd etməyə hazırlaşırdı. Qarşı-qarşıya döyüşdə əsgərimizlə bacarmayan düşmən tərəfi onu snayperdən açılan atəşlə şəhid edib. Şəhidimizə Allahdan rəhmət diləyirik! (cebhe.info)
İnterpress.az