Azərbaycanda 9144 şagird evdə təhsil alırbackend

Azərbaycanda 9144 şagird evdə təhsil alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov jurnalistlər üçün keçirilən təlimdə bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu barədə 9 adda hüquqi normativ sənəd qəbul olunub:

\”Hazırda 9144 sağlamlıq imkanları məhdud şagird evlərdə təhsil alır. Hər bir şəhər və rayon məktəblərinin nəzdində komissiyalar fəaliyyət göstərir. Sağlamlıq məhdudiyyəti olan şagirdlər üçün iki, Bakıda və Sumqayıtda məktəblər var. Gözdən əlil şagirdlər üçün isə yalnız bir internat məktəbi fəaliyyət göstərir. Yerlərdə bu cür şagirdlər üçün tələb olunan pedaqoqlar az olduğundan onlar yalnız bu internat məktəbinə cəlb olunur, təhsil alırlar\”.

Əhliyyət Adıgözəlov bildirib ki, ötən illərə nisbətən sağlamlıq imkanları məhdud şagirdlərin sayında azalma müşahidə olunur.

Nazirlik rəsmisi onu da vurğulayıb ki, evdə təhsil, sağlamlıq imkanları məhdud olan sinif şagirdləri imtahanlardan azad olur:
\”Nazirlər Kabinetinin 29.04.2002-ci il tarixli \”Psixoloji-tibbi pedoqoji komissiya\” haqqında qa nuna əsasən sağlamlıq imkanları məhdud şagirdlər 9-cu və 11-ci sinif buraxılış imtahanlarından azad edilir. Onların attestatlarına illik qiymətlər yazılır. Əqli cəhətdən qüsurlu uşaqlar isə yalnız 9-cu sinfə qədər təhsil alır\”.(musavat.com)

İnterpress.az