35 yaşlı polis ailəsini GÜLLƏLƏDİ və İNTİHAR ETDİ – VİDEObackend

35 yaşlı polis ailəsini GÜLLƏLƏDİİNTİHAR ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə polis məmuru ailəsini güllələyib və intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Dənizlidə polis məmuru həyat yoldaşını və iki uşağını güllələyib, daha sonra isə eyni silahla intihar edib.

Türkiyənin Dənizli şəhərində Şırnakdan tətilə gələn 35 yaşlı polis əməkdaşı Coşkun S. həyat yoldaşı Nazlı və iki uşağı – iki yaşlı Durunu və yeddi yaşlı Yağızı güllələyib, daha sonra özünü öldürüb.

Karaman Məhəlləsi küçəsində yerləşən evin sakinləri birinci mərtəbədəki mənzildən atəş səsləri eşidib və polis və təcili yardım çağırıblar.

Hadisə yerinə gələnlər cütlüyün və uşaqların meyitlərini aşkar ediblər.

Ailə arvadın anasının evində yaşayırdı. Meyitlər yarılma üçün rayon Məhkəmə Tibb İnstitutunun morquna göndərilib.

Səbəbləri hələ də məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az