“Tikinti şirkətinin qoçuları qolumuzu sındırıb, başımızı yarır” – VİDEO – YENİLƏNİBbackend

“Tikinti şirkətinin qoçuları qolumuzu sındırıb, başımızı yarır” – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“IDEA ağackəsənləri 100 min çərimələsə də…”

Binəqədi rayonu 8-ci mikrorayon Nizami Nərimanov küçəsi 20, 21, 22 və 26 saylı binaların sakinlərilə “Murad M.S.” MMC arasında yaranan narazılıqla əlaqədar Hurriyyet.az saytı yazı dərc etmişdi. Sakinlərin redaksiyamıza müraciətində qeyd olunurdu ki, həmin binaların ümumi həyətində, o cümlədən 177 saylı uşaq bağçasının yanında “Murad M.S.” MMC çoxmərtəbəli yaşayış binası tikir. Tikintini qanunsuz aparılması ilə bağlı sakinlər redaksiyaya sənədlər də təqdim etmişdilər.
Həmin sənədlər sübut edir ki, “Murad M.S.” MMC-nin apardığı tikinti qanunsuzdur. Şirkətdən isə bildirlir ki, aparılan tikinti qanunuyğundur və sakinlər şikayətçi deyil, orada maraqlı olan adamlar ərazidə inşa olunacaq yaşayış binasının tikintisinə mane olmaq istəyir. Lakin onlara MMC tərəfindən aparılan tikintini qanuni edəcək heç bir sənəd təqdim olunmayıb.
Xatırladaq ki, qanunsuz hesab edilən tikintinin aparılmasına qarşı etiraz edən sakinlər mübarizələrinin davamı kimi tikintiyə daxil olmayan ərazinin ətrafında öz vəsaitləri hesabına körpə ağaclar əkməklə dinc aksiya da keçiriblər.
Bu gün sözügedən binanın sakinləri adından Qənbər Nəsirov, Əbülfəz Hacıyev, Arif İbrahimov, Mətləb Rzayev, Elçin Hüseynov, Nizami Bağırov (cəmi 100 imza) redaksiyaya yenə də məktub daxil olub. Məktubda bəzi dövlət qurumları, xüsusilə hüquq mühafizə orqanlarının bəzi nümayəndələrinin bu qanunsuzluğa göz yumması, üstəlik fırıldaqçı bir şirkətə havadarlıq etməsindən bəhs olunub.

Polislər polis rəisini saymır

Məktubu redaksiyaya təqdim edən Elçin Hüseynovun sözlərinə görə, aprelin 7-də Binəqədi rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov sakinlərin nümayəndəsi olaraq 5 nəfəri qəbul edib. Sənədlərlə tanış olduqdan sonra rəis sakinlərə bildirlib ki, heç bir narahatlığa əsas yoxdur, tikinti özbaşına aparıldığına görə, dayandırılacaq: “4-5 saat sonra polis işçilərinin nəzarətilə evakuator gətirilib və binanın qarşısında dayanan avtomobilləri daşıyıb aparıdılar ki, tikintiyə mane olur. Halbuki “Murad MS”-ə 27 mart 2013-cü ildə verilən 100 saylı tikinti sərəncamında göstərilir ki, şirkətə 14 sot torpaq sahəsi ayrılıb. Amma bu o demək deyil ki, tikintinin 14 sotunda da bina tikilə bilər. Qanun da bunu deyir ki, inşaat üçün texniki avadanlıqlar, kran və tikinti materiallarının yerləşdirlməsi tikintinin nəzərdə tutlacaq hündürlüyü qədər əraziyə daxildir. Yəni tikinti üçün nə iş görülürsə, 14 sotun daxilində aparmalıdır. Amma şirkət qanunsuz tikintini aparması bir yana, 21 saylı binanın həyəti, yaxınlıqdakı uşaq bağçasının həyətini də mənimsəmək iddiasındadır. Tikintiyə aid olmayan ərazidə istədiyi özbaşınalığı edir ki, o ərazilər də mənimdir”.

Hacıbala Abutalıbov qanunsuzluğa yol verib
“Tikinti şirkətinin qoçuları qolumuzu sındırıb, başımızı yarır” – VİDEO – YENİLƏNİB
Aparılan tikintinin yaşayış massivində yeri olmadığını qeyd edən sakin bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin tikinti şirkətinə verdiyi 100 nömrəli sərəncam da əslində qanunaziddir. Çünki tikinti aparılan torpaq özəlləşməyib və aparılan inşaat tikinti normalarına ziddir: “Sərəncamda 2.1 və 4-cü bənddə bildirlir ki, tikintisi nəzərdə tutlan obyektin sənədləşməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmalıdı. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə əsasən sifarişçinin, yəni tikiləcək binanın mülkiyyət hüququnu təsdiq edəcək sənəd Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydə alınmalıdır, yəni torpağa kupça verilməlidir ki, bu torpağın hüquqi sənədi var. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sorğumuza cavab verdilər ki, torpağa çıxarış verilməyib. Hacıbala Abutalıbov bələdiyyə sənədi ilə o sənədə qol çəkib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi eyni zamanda cavab verdi ki, həmin tikinti inşaat normalarının bir neçə bəndinə ziddir, o cümlədən tikinti uşaq bağçasından 25 metr məsafədə yerləşməlidir. Bu tikinti isə o uşaq bağçasına bitişik tikilir və uşaqlar üçün böyük narahatlıq yaradır, bu məsələdən valideynlər də ciddi narazılıq edir.
Bir vacib məqamı da qeyd edim ki, 100 saylı sərəncamın 6-cı bəndində deyilir ki, sərəncamda bildirlən tələblər yerinə yetirilməsə, ləğv ediləcək. Deməli, bu sərəncam elə 2013-cü ildə də ləğv edilib”.

Kəndxudanı gör kəndi çap?

14 sot yerdə 17 mərtəbəli binanın tikintisinə heç bir şərait olmadığını yazan sakinlər bildirilər ki, tikinti şirkəti 2016-cı ilin yanvarından polis gücünə fəaliyyətə başlayıb: “Əvvəl tikinti şirkətini mühafizə polisi müdafiə etdi. Şikayətimiz əsasında araşdırma aparıldı, mühafizə polisinə qarşı tədbir görüldü. Sonra 5-ci polis bölməsində Anar Şıxəliyev, onlara açıq-aşkar dəstək verirdi. Sonra onu işdən çıxardılar. Hazırda çevik polis alayı ilə post-patrul xidməti onların müdafiəsində dayanıb. Belə çıxır ki, bu tikinti “kəndxudanı gör, kəndi çap” prinsipilə aparılır. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun verdiyi qərarın ziddinə necə addım atıla bilər? Fevralın 25-də ərazidə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, Binəqədi rayon prokuroru, polis rəsi, icra başçısı Xaləddin İsgəndərovun iştirakı ilə toplantı keçirildi. Xaləddin İsgəndərov 100 nəfərədək şəxsin gözü qarşısında dedi ki, bu tikintinin dayandırılmasına göstəriş verilib və üstəlik özü də yazılı göstəriş verdi ki, tikinti dayandırılsın, amma tikinti heç bir saat da dayanmadı. Biz anlaya bilmirik ki, niyə icra başçısına qarşı edilən bu hörmətsizliklə razılaşır. Axı icra başçısının sözü, prezidentin sözüdür. Ölkə başçısının rəsmi, səlahiyyətli nümayəndəsinə bunca sayğısızlığın arxasında kimlər dayanır?”

“Tikinti şirkətinin qoçuları qolumuzu sındırıb, başımızı yarır” - VİDEO - YENİLƏNİB

“Qoçular qolumuzu qırıb, başımızı yarırlar”

“Tikinti şirkətinin qoçuları qolumuzu sındırıb, başımızı yarır” – VİDEO – YENİLƏNİB
Sakinlər eyni zamanda apardıqları mübarizənin müqabilində döyülməklərindən də şikayətləniblər: “8-ci mikrorayonun 60-70 min əhalisi var. Hamının gözü qarşısında 40-50 polis işçisi özbaşınalıqla məşğuldur. Aprelin 12-də tikinti şirkətinin qoçuları sakinləri döydülər. Mətləb Rzayevin qolu sınıb, Arif İbrahimovun başı partlayıb. Döyənlər qalıb bir tərəfdə, döyülənləri polis bölməsinə aparıb, sorğu-sual ediblər ki, niyə iğtişaş yaratmısız? Hazırda 5-ci bölmədə tədqiqat gedir. Bizdə etiraz etmişik ki, təhqiqat başqa yerdə aparılsın.
Bina tikənlər neçə min vətəndaşın milyonlarla manat vəsaitini mənimsəyib. Bu barədə mətbuatda da çox yazılıb. Neçə yerdə yarımçıq tikintiləri var, çünki tikintini aparanlardan bəziləri həbsdə, bəziləri axtarışdadı. Anlamırıq ki, axtarışda olan dələduzları Bakı şəhər İH, Binəqədi rayon İH, polis bölməsinin nümayəndələri niyə müdafiə edir? Bizsə haqqımızı və qanunlarımıza sayğı tələb edirik, qolumuzu qırıb, başımızı yarırlar”.

IDEA-nın 100 min manatlıq cəriməsi də sayılmır…

Sakinlər onu da qeyd edib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələriylə birgə tikinti şirkəti cərimə də olunub: “Əraziyə baxış keçirildi, bir neçə ay öncə şirkət tərəfindən iri gövdəli ağacların kəsilməsi müəyyən edildi və şirkət 100 min manat məbləğində cərimələnib. Özbaşınalıq, məsuliyyətsizlik, qayda qanunlara sayğısızlıq o həddədir ki, onlar təbiəti mühafizə edən rəsmi qurumların qərarlarını da saymırlar”.
Məktub müəllifləri sonda qeyd edib ki, 8-ci mikrorayonda əhalinin son vaxtlar artması ərazi, asudə vaxtın səmərəli keçirilməsi və əhalinin rahat hərəkəti baxımından çox böyük çətinliklərə gətirib çıxarıb: “Belə bir məqamda plansız şəkildə inşa ediləcək yeni binalar, həmin ərazidə yaşayan əhali üçün həm torpaq, həm də elektrik enerjisi, su və qaz çatışmazlığı yaradıb, çox böyül sosial problemlərin baş verməsinə səbəb olacaq. Biz sakinlər sərbəst hava qəbul etmək, boş vaxtlarımızı ərazidə səmərəli keçirmək və evlərimizdə rahat yaşamaq istəyirik. Onların isə gecə-gündü apardıqları qanunsuz tikinti bizim dincliyimiz pozub.
Həmin binaları inşa edən şəxslər və onlara havadarlıq edən bəzi məmurlar bizi Konstitusiyamızın verdiyi hüquqlardan məhrum edir, dinc, sərbəst və azad həyatımıza mane olurlar”. (huriyyet.az)

İnterpress.az

https://youtube.com/watch?v=LHBzCrnfads