Bu sözləri Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlər üçün keçirilən təlimdə deyib.
O qeyd edib ki, hazırda cəmiyyətdə keçidlə bağlı müzakirələr keçirilir, pedaqoji ictimaiyyətin fikri öyrənilir.
A.Əhmədov bildirib ki, müzakirələrdə 5 variant təklif edilir:
“12 illik təhsilə keçidlə bağlı məzmunda çox ciddi dəyişiklərin edilməsi nəzərdə tutulur. Bunun 10 ili icbarı, 2 ili tam orta təhsil olacaq. Bundan əlavə, məktəblərdə təlim yükünün yüngülləşdirilməsində 12 illik təhsilə keçid daha önəmlidir”. (modern.az)
İnterpress.az