Hadisə rayonun Məlhəm kəndində qeydə alınıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Yolçuyev Vəsait Ağaşah oğlu yaşadığı evin həyətindəki tövlədən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)
İnterpress.az