Federasiya Şurasında belə hesab edirlər.
“Əgər Ukraynada gələn il heç nə dəyişməyəcəksə, düşünürəm ki, bizim burada iştirakımız lazım deyil”, – Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Frants Klinkeviç bəyan edib.
Onun fikrincə, Ukrayna müğənnisinin müsabiqədə qalib gəlməsi onu deməyə əsas verir ki, siyasət incəsənəti üstələyib.
“Eurovision” gələn il Kiyevdə keçiriləcək və təşkilatçılar dəridən-qabıqdan çıxacaqlar ki, onu maksimum siyasiləşdirrərk Ukraynada demokratiyanın təntənəsinə çevirəcəklər. Səhnənin Maydanda qurulacağını da istisna etmirəm”, – o, deyib.
Ukrayna təmsilçisi Jamala Stokholmda keçirilən “Eurovisuon-2016” yarışmasının finalında Krım tatarlarının deportasiyasından bəhs edən “1944” mahnısı ilə birinci yeri tutub. Səsvermənin nəticəsinə görə o, 534 bal – 211 bal jüri, 323 bal tamaşaçı – toplayıb.
Müsabiqədə üçüncü yeri 511 balla Avstraliya, üçüncü yeri isə 491 balla Rusiya təmsilçisi tutub.(Modern.az)
İnterpress.az