İilkin versiyaya görə, 46 yaşlı məşhur dirijor özünü öldürüb.
Svyatoslav Lyuterin yoxa çıxdığını polisə dünən onun atası xəbər verib.
“Atası bildirib ki, iki gün əvvəl Svyatoslav anasının yanına qonaq gedib və yetkinlik yaşına çatmayan qızını nənəsinin yanında qoyaraq naməlum istiqamətə gedib, bundan sonra onunla əlaqə kəsilib. O, yoxa çıxandan sonra öz mənzilinə getməyib”, – polisdəki mənbə deyib.
Svyatoslav Lyuter 1998-ci ildən Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin dirijoru idi.
O, Rusiya və ABŞ-ın müxtəlif orkestrləri ilə qastrollara gedib, yaxud dəvət olunmuş dirijor kimi çıxış edib.(Modern.az)
İnterpress.az