\”Nyu Cersi ştatındakı Ratgers universitetinin rəhbərliyi bir neçə ildir universitetin 250-ci yubiley buraxılışının məzunları qarşısında prezident Obamanın çıxış etməsini istəyib.
Hakimiyyətdə olan və ya keçmiş prezidentlərin buraxılış mərasimində çıxışı universitet üçün böyük şərəf hesab edilir.
Ağ Ev Ratgers universitetini \”görkəmli təhsil ocağı\” adlandırıb.
Ağ Evin mətbuat katibi Coş Ernest bundan əvvəl bildirib ki, Obama 2016-cı ilin məzunları ilə onların qədəm qoyduğu dünyanın durumu ilə bağlı müşahidələrini bölüşəcək. O, Obamanın Ratgers universitetinin tələbələrinin dünyanın qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına hazır olduğuna və bu dəyişən mühitdən daha yaxşı dünya qurmaq üçün istifadə edə biləcəyinə inandığını deyib.
Obama mayın 7-də Vaşinqtondakı Hovard universitetinin məzunları qarşısında çıxış edib. O, tarixən afro-amerikalıların universitetlərinə aid edilən Hovard univeristetinin məzunlarına deyib ki, irqi münasibətlərdə son 30 ildə yaxşılaşma müşahidə olunsa da, hələ də görüləsi işlər çoxdur.
\”Amerika mən kollecdən məzun olduğum vaxtlarla müqayisədə bütün ölçülərə görə daha yaxşı vəziyyətdədir\”-deyə prezident Obama 1983-cü ildə məzun olduğu vaxtları yada salaraq 2016-cı ilin məzunlarına müraciət edib (\”Amerikanın səsi\”).
İnterpress.az