Qaydalar:
Şəkərsiz bitki çayı için
Şəkərsiz içilən bitki çayları iştahı azaltmağa kömək edir. Yaşıl və rəngi açıq çayların metabolizmanı sürətləndirən təsirindən yararlanmaq üçün gün ərzində 2-3 fincan içməniz məsləhətdir.
Yatmazdan 3 saat əvvəl yemək yeməyin
Yatana yaxın atışdırmalar və yemək yemək həddən çox yağlanmaya səbəb olur. Qan şəkəriniz çox yüksəkdirsə, yuxu keyfiyyətinizdə də azalma baş verir. Buna görə də yatmadan ən azı 3 saat əvvəl yeməyə qadağa qoyun.
Yeməkdən öncə su için
Bir çox insan aclıq və susuzluq hissini qarışdırır. Buna görə də kifayət qədər su içməyən insanlar atışdırmalara üstünlük verir. Ürəyiniz nəsə yemək istəyəndə əvvəlcə su için və ən azı 10 dəqiqə gözləyin. Aclıq hissinin azaldığını hiss edəcəksiniz.
Süfrənizdə ədviyyatlara yer verin
Qırmızı pul bibər, qara bibər, zərdəçal və zəncəfil kimi ədviyyatlar metabolizmanı sürətləndirməyə kömək edir. Darçın qan şəkərini nizamlayaraq, şirniyyat istəyini də azaldır. Buna görə də süfrələrinizdə ədviyyatlara yer verin.
Probiotiklər metabolizmanın dostudur
Araşdırmalar sübut edib ki, qəbzlik problemi olanlar ildə 3 kq artıq çəki alırlar. Probiotiklərlə nizamlı qidalanmaq qəbzliyin qarşısını alır. Gündə bir dəfə kefir və ya qatıq yemək metabolizmanıza kömək olacaq.
Gündə 8 saat yatın
Gündə 5 saatdan az yatanlar normal yuxu yatanlardan 300 kalori artıq almağa meylli olurlar. Yuxu nizamına diqqət etmək vacibdir. Ən azı 5-8 saat yatmaq qışda sizi kökəlməkdən qoruyan vasitələrdən biridir.
Karbohidratlar yeyin
Ağ un və şəkər tozu qan şəkərini sürətlə yüksəldib aşağı saldığı üçün tez-tez aclıq hiss edirsiniz və şirniyyat istəyirsiniz. Buna görə də karbohidrat qaynağı olan tam taxıllı çörəklər, bulqur, makaron kimi keyfiyyətli karbohidratlara üstünlük verin.
İnterpress.az