Gənc və sağlam qalmaq üçün sadə tösiyyələr
1. Hər səhər acqarına 1 x.q. kətan toxumu ye. Yaxşıca çeynəyib üstündən 1 st. ilıq su iç. 30 dəq. sonra səhər yemeyini ye.
Faydası: kətan toxumu orqanizmi təmizləyir, saç və dırnaqları möhkəmləndirir, sayəsində azad çəkidən azad olmaq da mümkündür.
2. Bişmiş çuğundurdan hər gün salat hazırlayıb səhər və ya axşam yeyə bilərsən.
Faydası: çuğundur qanı təmizləyicidir. Təmiz qan tərkibi gözəl görünüşün göstəricisidir. Çuğundur həm də daxili orqanların yaxşı işləməsinə yardın edir.
3. Gün ərzində 50 –qr ləpə ye. Bu çox sevdiyin hər hansı ləpə ola bilər.
Faydası: 2 həfdədən sonra dırnaqların və saçların sənə “Çox sağ ol” deyəcək.
4. 2 ç.q. quru xardalın üzərinə ayıpencəsi yağı (repeynoye) əlavə edib qarışdır. Maskanı 3 gündən bir 30 dəq. müddətində nəm saçlara çək.
1 aydan sonra saclar canlı və parıltılı olacaq.
5. Hər axşam yatmazdan əvvəl cildinə E vitamini ilə qliserin qarışığı çək. 10 ədəd E vitamini kapsulunu boş bir şüşəyə boşalt. Üzərinə 30 qr qliserin əlavə edib yaxşıca çalxala. Məhlulu təmiz üz dərisinə massaj edərək yerit.
Faydası: maska gözlərin kənarında əmələ gələn qırışları effektli şəkildə yox edir, dərini təravətləndirir.
6. 1 st. yodlu xörək duzuna 1 st. xama əlaə et.Alınan məhlulu duş qəbul etdikdən sonra bədənin hər yerinə massaj edərək çək. Tənbəllik etmə, proseduranı hər dəfə təkrar et. Qarışıq soyuducuda saxlanır.
Faydası: yodlu duz dəri səthindəki ölmüş hüceyrələri və sızanaqları məhv edir.
7. Saçları yuduqdan sonra xüsusi nanəcövhəri (1 l suya 5 damcı) məhlulla yaxalasan saçlar inanılmaz dərəcədə təravətli olacaq. Bu prosedura həmçinin baş ağrıları aradan götürür, kəpəklə mübarizə aparır. Məhlul yağlı saçlar üçün əsl dərmandır.
İnterpress.az