Həm isti, həm soyuq yeyilə biləcək çox ləzzətli qəlyanaltı.backend

Həm isti, həm soyuq yeyilə biləcək çox ləzzətli qəlyanaltı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmirdə göyərtili qəlyanaltı

Tərkib:

Xəmir üçün:

3 st. un
1 ç.q. duz
0,5 ç.q. maya
2 x.q mayonez
1 yumurta
1 st. su

İçlik üçün:

2 dəstə keşniş
2 dəstə şüyüd
2 dəstə ispanaq
1 dəstə göy soğan
1 dəstə turşəng
80 qr kərə yağı

Üzəri üçün:

1 ədəd yumurta sarısı

İçliyin hazırlanması:

Göyərtilər təmiz yuyulub xırda doğranır, az yağda bir qədər pörtlədib duz, istiot səpilib qarışdırılır.

Xəmirin hazırlanması:

Unun üzərinə yumurta, mayonez , duz, maya, ilıq su az-az əlavə olunub xəmir yoğrulur. Hazır xəmir dinləndirilmədən 3 kündəyə bölünür. Hər kündə nazik yayılır. Yayılan xəmirin üzərinə fırça ilə ərinmiş kərə yağı çəkilib, içlikdən bir qat hər tərəfinə yayılır. 3 qat üst-üstə eyni qayda ilə hazırlanır, rulet kimi bükülüb, kənarları bağlanır. Rulet yağlanmış formaya qoyulur, üzərinə yumurta sarısı çəkilib, bir neçə yerdən çəngəllə deştəklənir. Rulet sobada 180 dərəcədə 30-40 dəq. üstü qızarana qədər bişirilir.

İnterpress.az