Narıncı şəhzadə ilə gözəlləşbackend

Narıncı şəhzadə ilə gözəlləş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kök süyü

Quruducu effektə malik olduğu üçün yağlı dəriyə çox faydalıdır. Yerkökün lətindən hazırlanmış kompress dəridə yaranan akne və civzələri yox edir.

Dərin təravətli olsun

1 x.q. rəndələnmiş kök, 1 yumurta sarısı, 1 x.q. kartof əzməsini qarışdır, maskanı cildinə çək, 10 dəq. sonya ilıq su ilə yu.

Saçların möhkəm olsun

3 x.q. kök suyu, 20 qr limon suyu, 20 qr zeytun yağı və 1 ədəd yumurta sarısını qarışdır. Şampun əvəzinə istifadə et.

Tonik əvəzinə

Təzə sıxılmış kök suyundan istifadə et, elastik üz dərisinə sahib ol.

Skrab (kökün ləti və dəniz duzu) dəridə parlaqlıq yaradacaq.

Kök suyu, zeytun yağı, limon suyu və mayadan (hərəsindən 1 ç.q.) hazırlanan maska üz dərisinin rəngini açır, təravətləndirir və dartır.

Kökün tərkibindəki fitonsidlət bakteriyaları məhv etməyə qadirdir:

Stomatit yarandıqda:

Su ilə qarışdırılmış kök suyu (1:1) ilə ağız nahiyyəsini gündə 3 dəfə yaxala.

Kök yağı – təbii antioksidantdır. Bax bundan ötrü bir çox kosmetik preparatların tərkibində kök suyu mövcuddur.

Boğazın ağrıyır?

O zaman yüngülvari isidilmiş kök suyu ilə boğazını yaxala, ağrı yüngülləşəcək.

Görmə qabiliyyətini inkişaf et:

Bütün il boyu kök suyu iç.

Maddələr mübadiləsini tənzimlə:

Hər gün səhər sürtgəcdən keçirilmiş kökün üzərinə zeytun yağı və küncüt toxumları əlavə edib qəbul et.

İnterpress.az