İstirahət günü üçün incə, nəfis almalı ştrudelbackend

İstirahət günü üçün incə, nəfis almalı ştrudel

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

50 qr qat-qat

İçlik üçün:

1 ədəd alma
2 ədəd qoz ləpəsi
1 x.q. qəhvəyi şəkər
Bir çimdik darçın
Bir çimdik üyüdülmüş zirə

Dekor üçün:

Dondurma

İçliyin hazırlanması:

Almanın qabığı soyulub kubvarı doğranır. Üzərinə xırda doğranmış qoz, şəkər tozu, darçın və zirə əlavə edilib qarışdırılır. Xəmir nazik açılır. Üzərinə içlik yayılıb rulet şəklində bükülür. Ştrudel 180 dərəcəyədək qızdırılmış sobada 15 dəq. bişirilir. Hazır ştrudel süfrəyə dondurma ilə verilir.

İnterpress.az