Tərkib:
1 st. buğda (yarma)
1 st. noxud
4 st. süzmə qatıq
duz, su nanə
Üzəri üçün:
1 x.q. əridilmiş kərə yağı
Hazırlanması:
Buğda və noxud ayrı-ayrı axşamdan isladılıb, suyu süzülür. Qazana tökülür, üzərinə su əlavə edilib qaynadılır. Süzmə qatığa duz, nanə qurusu, qaynayan noxudun suyundan çömçə ilə əlavə olunub qarışdırılır. Qatığın çürüməməsi üçün noxud və buğda qazana ehtiyatla əlavə edilir və sürətlə qarışdırılır.
Şorba soyudulur, üzərinə kərə yağı gəzdirilib süfrəyə verilir.
İnterpress.az