Axtardığınız ləzzət – köklü,darçınlı,qozlu keksbackend

Axtardığınız ləzzət – köklü,darçınlı,qozlu keks

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

3 st. un
3 ədəd yumurta
1 st. bitki yağı
1 st. şəkər tozu
1 st. qatıq
2 ədəd kök (orta boy)
80 qr xırdalanmış qoz ləpəsi
1 ədəd limon
1 ç.q. darçın
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Yumurta şəkər tozu ilə mikserlə çırpılır. Üzərinə ələnmiş un, yağ, qatıq əlavə olunub təkrar çırpılır. Qarışığa rəndələnmiş kök, qoz ləpəsi, darçın, qabartma tozu, vanil, limon suyu əlavə edilib qarışdırılır. Xəmir yağlanmış və yağlı kağlz salınmış formaya tökülüb yayılır,180 dərəcəli sobada 25-30 dəq. bişirilir.
Keks zövqə görə: buxarda əridilmiş şokoladla, kremlə, giləmeyvə ilə bəzədilir.


İnterpress.az