Yaddaşı və təfəkkürü  yaxşılaşdıran – Sarıkökbackend

Yaddaşı və təfəkkürü yaxşılaşdıran – Sarıkök

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sarıkök qidalara çox gözəl dad və rəng verir. Lakin bundan əlavə sarıkök çox effektli təbii müalicəvi vasitədir.
Sarıkökün faydaları:
Qədim vaxtlardan təbabətdə müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunub.
Çox effektli şəkildə orqanizmi şlaklar, toksinlər, azad radikallar və digər ziyanlı maddələrdən təmizləyir.
Orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur.
“Təbii antibiotik\” sarıkökü soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 ç.q. 1 st. qaynar suda dəmləyin, 1 ç.q. bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.
Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 ç.q. sarıkök + 1 st. qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır.
Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.
Öskürək və bronxit zamanı 1 st. isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.
Mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bizim həzm sistemimizə hər gün müxtəlif ziyanlı maddələr düşür və burada yığılır. Qana sovrularaq bu maddələr orqanizmi zəhərləyir, müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmdə qocalma prosesləri sürətləndirir – sarıkök bu ziyanlı maddələri yox edir.
Qara ciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.
Orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsinin normada saxlamağa kömək edir.
Qanı təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilərlər.
Artrit zamanı da sarıkök çox effektli müalicəvi təsir edir.
Müxtəlif xəstəliklərin və pozulmların profilaktikası üçün qidalara və şirniyyatlara tez-tez sarıkök əlavə edin.


İnterpress.az