Tərkib:
1 kq sümüklü quzu əti
1 ədəd baş soğan
2 ədəd bolqar bibəri
3 ədəd badımcan
3 ədəd pomidor
50 qr kərə yağı
2 dilim limon
Cəfəri, reyhan
0,5 st. su
Duz, istiot
Hazırlanması:
Ət tikələrə bplünüb qazanın dibinə düzülür. Soğan yarımhalqa şəklində doğranıb ətin üzərinə düzülür. Badımcan ara-sıra soyulur, halqavarı doğranıb soğanın üzərinə düzülür. Daha sonra qazana halqavarı doğranmış pomidor, bibər, xırda doğranmış göyərti, limon dilimləri əlavə olunur.
Duz, istiot səpilir, kərə yağı və su əlavə edilib 1 saat bişirilir.
İnterpress.az