Tərkib:
1 kq un
2 ədəd yumurta
500 qr mal əti
2 ədəd baş soğan
Alça turşusu
2 diş sarımsaq
½ üzüm sirkəsi
İlıq su
Duz, istiot
Hazırlanması:
Mal əti və baş soğan ətçəkən maşından keçirilir. Qarışığa duz, istiot səpilib qarışdırılır. Unun üzərinə duz, yumurta və su (aparanacan) əlavə edilib çox bərk olmayan xəmir yoğrulur.
Xəmir oxlovla yayılır. Yayılmış xəmirdən stəkanla yumru dairələr kəsilir. Hər dairənin üstünə içlik qoyulub kənarları (şəkərbura kənarı kimi) bükülür. Suya duz tökülüb qaynadılır.
Qirslər suda bişirilir, süzülüb qaba yerləşdirilir. Üzərinə sumax səpilib alça turşusu və əzilmiş sirkəli sarımsaqla servis edilir.
İnterpress.az