Yay fəslində toyuqlu xəngəlin  ayrı ləzzəti var.backend

Yay fəslində toyuqlu xəngəlin ayrı ləzzəti var.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

Xəmir üçün:

3 st. un
1 ədəd yumurta
İlıq su
Duz

Üzəri üçün:

1 ədəd kənd toyuğu
3-4 ədəd baş soğan
3-4 ədəd pomidor
1 ədəd bolqar bibəri
3-4 x.q. kərə yağı
Limon suyu
Duz, istiot, sarıkök

Hazırlanması:

Toyuq əti tikələrə bölünür, duzlu suda bişirilir. Soğan yarımhalqa doğranıb yağda qızardılır, üzərinə xırda doğranmış pomidor, bibər, bişmiş toyuq tikələri, limon suyu əlavə edilir, duz, istiot, sarıkök səpilib yağa düşənəcən qovrulur.

Xəmirin hazırlanması:

Ələnmiş unun üzərinə yumurta, duz, apanacan su əlavə edilib xəmir yoğrulur. Xəmir 4 ədəd kündəyə bölünür. Kündələr yayılır, 5×5 enində kəsilib, qurudulur.
Qazanda duzlu su qaynadılır. Kəsilmiş xəmirlər suda bişirilib, süzülür. Qovrulmuş toyuq əti xəngəlin üzərinə yığılıb süfrəyə verilir. Yemək sarısaq-qatıqla yeyilir.

İnterpress.az