Güclü afrodiziak  – yemiş tumlarıbackend

Güclü afrodiziak – yemiş tumları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhz bu səbəbdən yemiş tumları qədimdə kişilərdə potensiyanın zəifələməsi, prostat vəzi xəstəlikəri zamanı istifadə olunurdu.

Bu məqsədlə qurudulmuş və üyüdülmüş yemiş tumunu gün ərzində 1 ç.q. yeməkdən 1 saat sonra qəbul etmək lazımdır. Yemişin tumlarında sink çoxdur. Sink isə kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz mineral sayılır.

Üyüdülmüş yemiş tumu sidikqovucu təsirə malikdir, sidik yollarını təmizləyir, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, durğunluğu aradan qaldırır.

Yemiş tumları öskürək (hətta xroniki öskürək), bronxit zamanı da çox yaxşı müalicəvi təsir göstərir, bəlğəmi çıxardır, iltihabəleyhinə təsir edir. Öskürəklə mübarizə etmək üçün yemiş tumlarından \”süd\” hazırlamaq lap yerinə düşər.

Bundan ötrü:

1 x.q. üyüdlümüş yemiş tumunu 1 st. ilıq süddə həll edib, gün ərzində 3 dəfə olmaqla yeməkdən əvvəl 1x.q. qəbul olunmalıdır.

Bu \”süd\” həmçinin dəriyə çox gözəl cavanlaşdırıcı təsir edir – kiçik qırışları açır, dərinin rəngini yaxşılaşdırır, dərini daha yumşaq və elastik edir. \”Süd\”də pambıq parça isladıb, təmiz üz və boyun dərisinə qoyub 20 dəq. saxlayın.
Yemiş tumları bağırsaqları və qara ciyəri yaxşı təmizləyir. Bunun üçün üyüdülmüş yemiş tumu gün ərzində 3 dəfə yeməkdən 1 saat sonra 1 x.q. qəbul edilir.

İnterpress.az