Axşama  “Odecca-mama” salatıbackend

Axşama “Odecca-mama” salatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

50 qr hisə verilmiş qızıl balıq
4 ədəd krevet
3 ədəd pomidor
1 ədəd xiyar
1 dəstə kahı
1 budaq reyhan
10 qr ağ küncüt
Limon və ya laym

“Diyon” sousu üçün:
1 x.q. “Diyon” xardalı
½ st. sirkə
100 ml zeytun yağı
½ x.q. şəkər tozu
½ ç.q. duz

Sousun hazırlanması:

Xardalın üzərinə şəkər tozu, duz, sirkə, yağ əlavə edilib qarışdırılır.

Salatın hazırlanması:

Krevetlər suda bişirilir, balıq incə şəkildə dilimlənir. Kahı yuyulur, salfetlə qurudulub əllə hissələrə bölünür. Pomidor və xiyar (uzunsov) dilimlənir. Kahının üzərinə sousun yarısı tökülüb qarışdırılır. Salata pomidor, xiyar, krevet, balıq, əlavə edilib, yerdə qalan sous gəzdirilir. Salatın üzərinə küncüt səpilir, reyhan qoyulur, zövqə görə limon və ya laym sıxılıb süfrəyə verilir.

İnterpress.az