Tərkib:
1 l süd
1,5 st. şəkər tozu
5 x.q. un
3 x.q. kakao
1 paket vanil
2 x.q. marqarin
2 st. kokos qırıntıları
Üzəri üçün:
30 qr fısdıq
Krem üçün:
250- 300 qr krem-şanti
1 st. süd
Kremin hazırlanması:
Şanti – kremin üzərinə süd tökülüb çırpılır.
\”Sultan\” sarmasının hazırlanması:
Qazana un, şəkər tozu və kakao əlavə edilib çirpılır. Üzərinə asta-asta süd tökülüb təkrar çırpılır. Qarışıq zəif odda bişirilir. Qaynadıqdan sonra kütləyə vanil, marqarın əlavə olunub qarışdırılır.
Formaya kokos qırıntıları tökülüb, üzərinə südlü qarışıq əlavə edilib yayılır.
Südlü qarışığın üzərinə krem-şanti yayılır, sreclə bağlanıb 3 saatlıq soyuducuya yerləşdirilir.
Sultan sarması zövqə görə doğranır (rulet şəklində), üzərinə kokos qırıntıları, fısdıq səpilib süfrəyə verilir.
İnterpress.az
.