Tərkib:
2 ədəd badımcan
1 st. buğda
1 ədəd qırmızı bibər
3 x.q. qarğıdalı dənələri
100 ml zeytun yağı
1 dəstə göy soğan
1 dəstə cəfəri
1 ç.q. pul bibər
1 x.q. narşərab
1 st. nar dənələri
Duz, qara istiot
Hazırlanması:
Badımcan halqavarı doğranıb yağda qızardılır. Buğda axşamdan isladılıb duzlu suda bişirilir. Suyu süzülüb kasaya əlavə edilir. Üzərinə xırda doğranmış göyərti və bibər, badımcan, qarğıdalı və nar dənələri əlavə olunur. Salatın üzərinə pul bibər, duz, istiot səpilir, narşərab və yağ gəzdirilib servis edilir.
İnterpress.az