Kələm gül açdı nənəli – Gül kələmli, qaymaqlı şorbabackend

Kələm gül açdı nənəli – Gül kələmli, qaymaqlı şorba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

1 ədəd gül kələmi
1 ədəd baş soğan
2 ədəd kartof
1,5 l toyuq bulyonu
200 ml qaymaq
50 qr kərə yağı
Duz, istiot

Hazırlanması:

Soğan xırda doğrayıb kərə yağında qızardılır. Üzərinə xırdadoğranmış gül kələmi və kartof əlavə edilib bir qədər qovrulur. Tərəvəzlərin üzərinə bulyon əlavə olunur, duz və istiot səpilib zəif odda qaynadılır. Hazır şorba blenderdən keçirilir, üzərinə qaymaq əlavə edilib qarışdırılır.
Şorba suxari və ya az yağda qızardılmış çörəklə servis edilir.

İnterpress.az