Tərkib:
300 qr sümüklü mal əti
2-3 ədəd dəfnə yarpağı
1 ədəd bolqar bibəri
1 st. qırmızı lobya
2 ədəd baş soğan
2 ədəd çuğundur
2 ədəd pomidor
2 diş sarımsaq
2 ədəd kartof
1 ədəd kələm
2 ədəd kök
1 dəstə şüyüd
1 ç.q. üzüm sirkəsi
1 ç.q. şəkər tozu
2 x.q. xama
Bitki yağı
Duz, istiot
Hazırlanması:
Lobya axşamdan isladılıb bişirilir. Ət tikələrə bölünür, suda qaynadılıb, kəfi yığılır.
Üzərinə dəfnə yarpağı, 1 ədəd baş soğan, 1 ədəd iri şəkildə doğranmış kök əlavə edilib bişirilir (ət bişənə yaxın soğan və kök bulyondan çıxarılır). Kök, çuğundur, bibər samanvarı, pomidor, sarımsaq, soğan xırda doğranır. Tavaya yağ əlavə edilir, üzərinə soğan qatılıb qızardılır.
Soğan qızararkən, üzərinə doğranmış tərəvəzlər əlavə edilib qovrulur. Qovrulan ərzaqların üzərinə sirkə və şəkər tozu tökülüb qarışdırılır.
Bulyona samanvarı doğranmış kələm, 4 yerə bölünmüş kartof əlavə olunub bişirilir. Kartof bişənə yaxın qaynayan şorbaya qızardılmış tərəvəzlər, bişmiş lobya əlavə edilir. Hazır borşun üzərinə duz, istiot səpilib, odun üzərindən götürülür. Borş kasaya tökülür, üstünə xırda doğranmış şüyüd səpilir, xama əlavə edilib süfrəyə verilir.
İnterpress.az