Tərkib:
250 qr şokolad (klassik və ya qara)
250 qr kərə yağı
250 qr şəkər tozu
5 ədəd yumurta
80 qr un
Hazırlanması:
Keks qablarına kərə yağı çəkilir, azacıq un səpilib 30 dəq. soyuducuya yerləşdirilir. Yumurta sarısı ağından ayrılır. Yumurta ağı mikserlə möhkəm çalınıb beze şəklinə salınır. Unun üzərinə şəkər tozu əlavə olunub qarışdırılır. Kərə yağı istiyədavamlı qaba qoyulub su buxarında əridilir. Üzərinə xırdalanmış şokolad əlavə edilib qarışdırılır. Şokoladlı kütləyə un qarışığı tökülüb qarışdırılır. Sonra üstünə bir-bir yumurta sarısı əlavə edilib qarışdırılır. Xəmir odun üstündən götürülür, bir qədər soyudulur. Üzərinə beze əlavə olunub mikserlə çırpılır. Xəmir keks qabalarına paylaşdırılıb, 200 dərəcəyədək qızdırılmış sobada 12-15 dəq. bişirilir.
İnterpress.az