Qarşılıqlı bir türk qəhvəsibackend

Qarşılıqlı bir türk qəhvəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk qəhvəsini düzgün hazırlayın

Yaxşı və dadlı bir türk qəhvəsi mis qabda, odda təxminən 15-20 dəq. bişirilməlidir. Qab tez-tez oda sürtülüb geri çəkiməlidir. Hər fincan üçün bir ç.q. qəhvə və 1ç.q. qaşığı şəkər tozu istifadə edilməlidir. Bundan başqa qəhvənin acı olanı daha çox sevilir. Qəhvənin paketi açıldıqdan sonra 1 həftə boyunca hamısı istifadə edilməlidir və saxlanarkən taxta qablarda qaranlıq yerdə saxlanmalıdır.

İlk əvvəl neçə fincanlıq qəhvə hazırlayacaqsızsa, o qədər suyu mis qaba tökün. Suyun soyuq və keyfiyyətli olması qəhvənin dadlı olması üçün önəmlidir.
Əgər istəyirsizsə, mis qaba şəkər əlavə etmənin zamanıdır. Şəkərli qəhvə üçün 2 çay qaşığı və ya 2 ədəd qənd əlavə etməyi unutmayın.

İndi də qəhvə əlavə etmək vaxtıdır. Hər bir fincan üçün 2 dolu çay qaşığı qədər qəhvə əlavə edin və yavaşca qarışdırın.

Qəhvənizi aşağı odla isitməyə başlayın. Diqqətli olun. Çünki qəhvə bir anda köpüb daşa bilər.

Qəhvə köpüncə üzərindəki köpükləri alıb fincalara bölüşün. 3 dəfə qəhvəni köpürdüb bunu təkrarlayın. Sonda qəhvəni fincanlara boşaldın. Tam olaraq qaynatmayın. Çox acı olar.

Qəhvənin yanında su verilməsi də adətdir. Bu su qəhvədən əvvəl içilir ki, ağızdakı bütün dadlar silinsin və qəhvəni tam dadı anlaşılsın.

İnterpress.az