Tərkib:
250 qr quzu qabırğası
1 ədəd pomidor
1 x.q. zeytun yağı
25 qr kərə yağı
2 ədəd kartof
70 qr şabalıd
Duz, istiot
Sous üçün:
5-6 x.q. ət bulyonu
30 qr zoğal turşusu
Duz, istiot
Hazırlanması:
Şabalıd çərtilib, duzlu suda qaynadılır. Qabığı təmizlənib kərə yağında qovrulur. Kartofun qabığı təmizlənir, üzərinə isti su tökülüb bişirilir.
Bişmiş kartof əzilir, üzərinə kərə yağı yağı əlavə edilir, duz, istiot səpilib qarışdırılır. Quzu ətinə duz, istiot səpilir, 30 dəqiqə saxlanır.
Quzu qabırğası hər iki tərəfli 5 dəqiqə, hərdən üstünə fırçayla zeytun yağı çəkilərək qızardılır.
Sousun hazırlanması:
Ət suyu qızdırılıb zoğal turşusu ilə qarışdırılır. Sous 3 dəqiqə zəif odda bişirilir. Boşqaba qızarmış ət düzülüb, üzərinə zoğal sousu tökülür.
Kənarına qızarmış pomidor, kartof əzməsi yerləşdirilib, şabalıd əlavə edilir.
İnterpress.az