C vitamini ilə zəngin zirincin tərkibində nadir maddə “berberin” var ki, bu maddə qara ciyərin, öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir.
Zirinc dəmləməsi öskürək, angina, nəfəsalma orqanların iltihabı zamanı çox yaxşı müalicəvi təsir edir.
İmmun sitemini və orqanizmi möhkəmləndirir, virus və bakteriyalara olan davamlılığı artırır.
Zirinc arterial təzyqin və qanda şəkərin tənzimlənməsinə müsbət təsir edir, həmçinin bədəndəki piyləri əridir.
Zirinc çayı
1 ç.q. zirinc (qurudulmuş)
½ ç.q. bal
200 ml su
Hazırlanması:
Zirinc stəkana əlavə edilir, üzərinə qaynar su tökülür.
Ağzı örtülüb 20 dəq. dəmlənir, içərisinə bal qatılıb içilir.
İnterpress.az