Türşməzə, ağızda əriyən albalı piroqubackend

Türşməzə, ağızda əriyən albalı piroqu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:

300 qr un
180 qr kərə yağı
100 ml soyuq su
Bir çimdik duz

Üzəri üçün:

1 ədəd yumurta sarısı

İçlik üçün:

900 qr albalı
200 ml su
150 qr şəkər tozu
2 x.q. nişasta
2 ç.q. limon suyu
Bir çimdik darçın

Xəmirin hazırlanması:

Unu ələyib duzla qarışdırın, üzərinə xırda doğranmış kərə yağı əlavə edin, astaca su töküb yumşaq xəmir yoğurun. Xəmiri 30 dəq. soyuducuya yerləşdirin.

İçliyin hazırlanması:

Qazana su, şəkər tozu, darçın əlavə edib qaynadın.
Ayrı qabda 50 ml suda nişastanı həll edib siropa qatın. Qarışığı 1 dəq. qaynadıb, üzərinə çəyirdəyi çıxarılmış albalı əlavə edin. Odun üstündən götürün, içərisinə limon suyu əlavə edib soyudun.
Xəmirin 1/3 hissəsini üzəri üçün saxlayın. Qalan hissəsini yağlanmış formaya yayın. Xəmirin üzərinə içlik töküb, yayın.
Götürülmüş xəmir hissəsini uzunsov və incə yayıb, piroqun üzərinə şəbəkə formasında bəzəklər vurun.
Piroqun üzərinə çırpılmış yumurta sarısı çəkib 200 dərəcəyədək qızdırılmış sobada 30-40 dəq. bişirin.

İnterpress.az