Fərqli dad  – Çiyələkli vareniklərbackend

Fərqli dad – Çiyələkli vareniklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:

3 st. un
2 ədəd yumurta
½ st. soyuq su
¼ st. süd
1 ç.q. duz

İçlik üçün:

700 qr çiyələk

Sous üçün:

1,5 st. çiyələk
1 x.q. limon suyu
0,5 st. şəkər tozu

Üzəri üçün:

Zövqə görə: kərə yağı və şəkər kirşanı

Sousun hazırlanması:

Çiyələyi blenderdən keçirin, üzərinə limon suyu və şəkər tozu əlavə edib zəif odda bişirin.
İçliyin hazırlanması:
Çiyələyi doğrayın, üzərinə şəkər tozu səpib qarışdırın.

Xəmirin hazırlanması:

Kasada yumurta, duz, süd və suyu qarışdırın, üzərinə un əlavə edib yumşaq xəmir yoğurun.
Xəmiri yayıb, stəkanla dairələr kəsin. Hər dairənin içərisinə içlik qoyub kənarlarını bükün.
Çiyələkli varenikləri qaynayan duzlu suda bişirib süzün.
Hazır vareniklərin üzərinə şəkər kirşanı səpin, kərə yağı gəzdirib, sousla süfrəyə verin.

İnterpres.az