Analarımız bişirdiyi ət piroqubackend

Analarımız bişirdiyi ət piroqu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:

1 st. un
2 ədəd yumurta
0,5 st. bitki yağı
1 st qatıq
0, 5 ç.q. duz
0,5 ç.q. soda

İçlik üçün:

300 qr dana qıyması
2 ədəd baş soğan
Duz, istiot

Xəmirin hazırlanması:

Qatıq və soda qarışdırılıb 5 dəq. saxlanır. Daha sonra qarışığa çırpılmış yumurta, qatıq, yağ, duz və un əlavə edilib qarışdırılır. (xəmir sulu olmalı)

İçliyin hazırlanması:

Soğan xırda doğranır, ət qiyməsi ilə qarışdırılıb yağsız qovrulur, duz, istiot səpilir.
Yağlanmış formaya xəmirin yarısı tökülür, üzərinə içlik yayılıb, digər xəmir hissəsi ilə bağlanır. Piroq 180 dərəcəyədək qızdırılmış sobada 40 dəq. bişirilir.

İnterpress.az