Təravətini itirmiş quru dəri üçün qliserinli maskabackend

Təravətini itirmiş quru dəri üçün qliserinli maska

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qliserinlə maska reseptləri:

1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması unu (yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu, yaxşı qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin.
Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

1 limon dilimini blenderdə xırdalayın, 1 çay qaşığı qliserin, 2 xörək qaşığı su, 1 yumurta sarısı, 1 çay qaşığı yağlı xama əlavə edin və yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra yuyun.

Dəriniz çox qurudursa:

Kartofu qabıqla bişirin, əzin, 1 xörək qaşığı ilıq süd, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı qliserin, 1 kapsul E vitamini əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyun.

İnterpress.az